Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7393

Digər sorğular

Qənirə Paşayeva Əməkdar rəssam Tahir Məmmədovla görüşüb

22:34  |    14 Mart 2021  |   E-mail  |  Çapa göndər


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar rəssamı, Dövlət Rəssamlıq Akademiyasının professoru Tahir Məmmədovla görüşüb, onu yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar rəssamı, Dövlət Rəssamlıq Akademiyasının professoru Tahir Məmmədovla görüşüb, onu yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Tahir müəllim,
Sizi – tanınmış Azərbaycan rəssamını, Dövlət Rəssamlıq Akademiyasının professoru və respublikamızın Əməkdar rəssamını 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1967-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirmisiz. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüsüz.
Sizin ilk fərdi sərginiz hələ 1981-ci ildə Moskva şəhərində - “Yunost” jurnalının təşkilatçılığı ilə keçirilib. 1992-ci ildə isə Parisdə “Cite İnternationale Dez Arts”da fərdi yaradıcılıq sərginiz açılıb. Bundan əlavə, Sizin 1991-ci ildə ABŞ-da, 1992, 2003 və 2011-ci ildə Parisdə, 2005-ci ildə Belçikada, 2010, 2012, 2013, 2015, 2017-ci ildə Moskvada fərdi sərgiləriniz keçirilib. Siz həmçinin, “Ənənəvilik və müasirlik” adlı I və II Beynəlxalq foto müsabiqələrində birincilik qazanmısız.
Siz respublikamızda bədii fotoqrafiya haqqında ilk kitabın müəllifisiz.
Əsərlərinizin çoxu Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Finlandiya, İngiltərə və Rusiyanın muzey və şəxsi kolleksiyalarında özünə layiq yer tutub.
Siz “Soltan Məhəmməd” mükafatı (2001), “Humay” milli mükafatı (2004) laureatısız.
Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!
Yubilyara Mədəniyyət Komitəsinin Təbrik məktubu və xatirə hədiyyələri təqdim edilib.
Yubilyar səmimi görüş və təbrik üçün təşəkkür edib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.03.2021
Səlahəddin Dəmirdaşa hökm oxundu
21.03.2021
Peyvənd vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
19.03.2021
“Instagram”, “WhatsApp” və “Facebook”un işində problem yaranıb
15.03.2021
Ərini öldürən qadın barədə həbs qərarı verildi
14.03.2021
Bolqar jurnalistin Mariya Zaxarovaya evlənmək təklifi cərimə ilə nəticələnib