Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7392

Digər sorğular

“Dəmir yumruq” əməliyyatında düşmənə qan udduran zabitimiz döyüşlərdən danışdı

20:16  |    13 Mart 2021  |   E-mail  |  Çapa göndər

44 günlük Vətən müharibəsi iştirakçısı, qalib ordunun vətənpərvər hərbiçiləri bu gün də xidmətini qürurla davam etdirir.

Qazilər.az leytenant Elnur Tahirlinin “Azərbaycan Ordusu” qəzetinə verdiyi müsahibəsini təqdim edir.

E.Tahirli 1997-ci ildə Bakı şəhərində, hərbçi ailəsində dünyaya gəlib. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında başa vuraraq müddətli həqiqi hərbi xidmətə yollanıb.

Elnur ata yolunu davam etdirmək, müqəddəs peşə sahibi olmaq qərarı alır. Əsgəri xidmətini başa vurub tərxis olunduqdan sonra sənədlərini toplayaraq aidiyyəti quruma müraciət edir. 2020-ci ilin yanvarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu uğurla başa vuraraq arzusuna çatır. “N” hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayır.

Leytenant Elnur Tahirli güclü dövlətin vətəndaşı, qalib ordunun nümayəndəsi olmağı ilə qürur hissi keçirdiyini bildirib:

“Hərbçi ailəsində dünyaya gəlmişəm. Valideynlərim daim bizi vətənpərvərlik ruhunda tərbiyə edib. Uşaq yaşlarımdan qəlbimdə Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyümüşəm. Əsgərliyimi başa vurduqdan sonra hərbçi olmaq istəyimi bildirəndə, bu qərarımı, başda atam olmaqla, hər kəs sevinclə qarşıladı. Nə yaxşı ki, bu müqəddəs peşəni seçmişəm.

İndi bu seçimimdən ikiqat qürurluyam. Çünki zabit olmaqla yanaşı, Vətən müharibəsinin də iştirakçısı oldum. “Dəmir yumruq” əməliyyatında düşmənə qan udduran, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı olan rəşadətli ordumuzun sıralarında xidmət etməkdən qürur duyuram”.

Seçdiyi peşəyə ürəkdən bağlanan leytenant Elnur Tahirli Vətən müharibəsində iştirakından danışıb. Gənc zabit tabeliyində olan şəxsi heyət ilə birlikdə Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Tabeliyində olan şəxsi heyətlə verilən döyüş tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlib:

“Düşmənin genişmiqyaslı təxribatının qarşısını almaq məqsədilə rəşadətli ordumuz sentyabrın 27-si səhər saatlarında əks-hücum əməliyyatına başladı. İşğalda olan torpaqlarımızın hər qarışı uğrunda şiddətli və gərgin döyüşlər gedirdi. Hər kəs qələbə əhval-ruhiyyəsi ilə vuruşurdu. Haqq, ədalət bizim tərəfimizdəydi. Biz öz torpaqlarımız uğrunda döyüşürdük. Bir amalımız var idi - düşməni torpaqlarımızdan qovub çıxarmaq.

Müasir silah-sursat və texnika ilə təchiz edilən ordumuzun gücü qarşısında düşmən tab gətirə bilməyərək geri çəkilməyə məcbur oldu. Qısa zaman ərzində tarixi və əzəli torpaqlarımız mənfurlardan təmizləndi. Azərbaycan əsgəri Vətən müharibəsində şücaət və qəhrəmanlıq nümunələri göstərərək öz adını zəfər tariximizə qızıl hərflərlə yazdı. Digər silah yoldaşlarım kimi, mən də sevinirəm ki, bu döyüşlərdə ölkə və ordu rəhbərliyinin bizə olan inamını doğrultduq”.

Vətən müharibəsində digər silahdaşları kimi dövlətimizin və xalqımızın etimadını doğruldan leytenant Elnur Tahirli döyüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq Sərəncamına əsasən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.03.2021
“Arsax” sözü və ya ifadəsi tamamilə qadağan edilməlidir!”
23.02.2021
İntiharlarla bağlı dinşünasdan diqqətçəkən sözlər: "Bəzən mən özüm də..." - VİDEO
16.02.2021
“Ermənistanın hər bir addımı diqqətlə izlənilməli və...”
14.02.2021
"Hər şey rüşvətlə bağlıdır" - Üçqat dünya çempionu ilə MÜSAHİBƏ
13.02.2021
Arif Babayev: “Ağdam azad olunan gün göz yaşlarım qurumurdu”