Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7393

Digər sorğular

Prezident İlham Əliyevə Qazi adı verildi - Döş nişanı hazırlanır

11:02  |    18 Noyabr 2021  |   E-mail  |  Çapa göndər

Bu gün “Qarabağ qaziləri” İctimai Birliyi idarə heyətinin iclası keçirilib.

İclasda birliyin idarə heyəti Qarabağda – işğal altında olan torpaqlarımızın azad edilməsi üçün aparılan döyüşlərin uğurla başa çatmasını nəzərə alaraq Ali Baş Komandan İlham Əliyevə birliyin QAZİ döş nişanı və qazi vəsiqəsinin verilməsi haqda qərar qəbul edib.

Birliyin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, idarə heyətinin növbəti iclasında “Qarabağ qaziləri” ictimai birliyinin QAZİ döş nişanının təsis edilməsi və bununla bağlı hazırlanmış əsasnamənin təsdiq edilməsi haqqında qərar da qəbul edilib.

A.Əliyevin verdiyi məlumata görə, döş nişanı qızıldan olacaq: “Artıq Şuşa da başda olmaqla işğal altındakı beş rayonumuz azad edilib. Ermənistan təslim olmaq haqqında sazişə imza atdı. Cəbhədə çox böyük uğurlarımız oldu. Ordumuz qalibdir. Bütün bunlar Ali Baş Komandanın rəhbərliyi altında baş verdi. Yəni bu gün bizim Ali Baş Komandan da bir Qazidir. O həm diplomatiya yolu ilə, həm də cəbhədə düşməni geri çəkilməyə məcbur etdi. Biz onunla qürur duyuruq. Ona görə belə bir döş nişanı təsis etməyə qərar vermişik. İlk döş nişanı hazırlanaraq cənab Prezidentimiz, Ali Baş Komandanımız hörmətli İlham Əliyevə təqdim ediləcək. Bu həm də Qazi adının verilməsi deməkdir.”- deyə o, bildirib.

Döş nişanı və vəsiqənin Prezidentə təqdim edilməsinin vaxtı ilə bağlı birliyin sədri bunları dedi: “Hazır olduqdan sonra döş nişanının və vəsiqənin Ali Baş Komandana təqdim edilməsi üçün Prezident Administrasiyasına müraciət edəcəyik. Düşünürəm ki, bu yaxın günlərdə baş tutacaq”.


Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.03.2021
Məhkəmə evdən 30 min manat oğurlayan xadimə ilə bağlı qərar çıxardı
24.03.2021
Qarabağda biləyimizi bükə bilməyənlər... - Yalçın
23.03.2021
Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb? – Akopyan
23.03.2021
Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı - VİDEO
23.03.2021
Sumqayıtda güclü külək zamanı qadının başına dam örtüyü düşüb