Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7392

Digər sorğular

Azərbaycandan bu il Həcc ziyarətinə gedən olmayacaq

18:41  |    23 Mart 2021  |   E-mail  |  Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından gözlədiyi bildirişə cavab verilməyib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən xəbər verilib. Qeyd edilib ki, martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalı idi:"Yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməli idi. Görünən budur ku, 99 faiz bu il olmayacaq. Ümumiyyətlə isə Səudiyyə Ərəbistanda bununla bağlı artıq elan verilib. Keçən il də müəyyən şərtlər daxilində olmuşdu. Ölkənin yerli vətəndaşları və ölkə daxilində olan xarici vətəndaşlar üçün həcc ziyarəti təşkil etmişdilər. Sosial məsafəni gözləmək şərtilə bu həyata keçirildi.

Hazırda bir sıra xarici dövlətlər üçün müəyyən şərtlər irəli sürüblər, amma bizə aid məlumat yoxdur".
Qeyd edək ki, müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər. Bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək. Xatırladaq ki, keçən il pandemiya səbəbindən Həcc ziyarəti yalnız 10 min nəfərin iştirakı ilə reallaşmışdı. Bunlardan 30 %-i səudiyyəli, 70 %-i isə ölkədə yaşayan xaricilər idi. Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmamışdı.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.03.2021
Məhkəmə evdən 30 min manat oğurlayan xadimə ilə bağlı qərar çıxardı
24.03.2021
Qarabağda biləyimizi bükə bilməyənlər... - Yalçın
23.03.2021
Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb? – Akopyan
23.03.2021
Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı - VİDEO
23.03.2021
Sumqayıtda güclü külək zamanı qadının başına dam örtüyü düşüb