Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7391

Digər sorğular

Azərbaycan bu şəxsləri Rusiyaya təhvil verdi

15:22  |    23 Mart 2021  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya Federasiyasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğular edilib.

Qazilər.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, Kələntərov Emil Ağa-Xəlil oğlunun – qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdarda psixotrop maddələrin qaçaqmalçılığını etməsinə; bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun-külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.03.2021
Məhkəmə evdən 30 min manat oğurlayan xadimə ilə bağlı qərar çıxardı
24.03.2021
Qarabağda biləyimizi bükə bilməyənlər... - Yalçın
23.03.2021
Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb? – Akopyan
23.03.2021
Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı - VİDEO
23.03.2021
Sumqayıtda güclü külək zamanı qadının başına dam örtüyü düşüb