Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7391

Digər sorğular

30 ildən sonra Ağdama qayıdan xalq artisti valideynlərinin məzarını tapa bilmədi - VİDEO

23:51  |    22 Mart 2021  |   E-mail  |  Çapa göndər


Görkəmli xanəndə, Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağına ayaq basıb.

“Qafqazinfo” xəbər verir ki, 83 yaşlı Xalq artistinin ən böyük arzusunu Xəzər televiziyasının “Birinci studiya” verilişinin heyəti reallaşdırıb.

Çəkiliş heyəti əvvəlcə sənətkarın ata yurdu olan Sarıhacılı kəndinə baş çəkib.

Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib: “Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza can sağlığı versin!”

Görkəmli xanəndə kənd qəbiristanlığına gedərək valideynlərinin məzarını axtarsa da, məlum olub ki, qəbiristanlıqda salamat qalmış bir məzar belə qalmayıb. O, gətirdiyi qərənfilləri Qarabağda yatan və illərdir əzizlərini gözləyən bütün vəfat edənlərin adına qırılmış məzar daşlarının üzərinə düzüb.

Arif Babayev, həmçinin Ağdamda xidmət edən hərbçilərimizlə görüşüb, Ağdamın Cümə məscidini ziyarət edib. Canını vətən yolunda qurban verməyə hazır olan hərbçilərimiz üçün dualar edib.

Xatırladaq ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xalq artisti “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.03.2021
Azərbaycanın xalq artisti dünyasını dəyişib
17.03.2021
İlham Əliyevin fəxri ad verdiyi Oleq Əmirbəyovun valideynləri haqda - FOTO
16.03.2021
Azərbaycan cazının banisi Vaqif Mustafazadənin doğum günüdür - VİDEO
14.03.2021
Xalq artistinin tələbə nəvəsi dünyasını dəyişdi
13.03.2021
Paşayeva məşhur gitara ifaçısını təbrik etdi - FOTO