Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7391

Digər sorğular

Qənirə Paşayeva teatr və kino aktrisası Zemfira Əbdülsəmədova ilə görüşüb

18:20  |    22 Mart 2021  |   E-mail  |  Çapa göndər


MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın teatr və kino aktrisası Zemfira Əbdülsəmədova ilə Mədəniyyət Komitəsində görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa olaraq çalışan sənətçinin tamaşaçıların alqışlarla qarşıladığını vurğulayan Q.Paşayeva onun iki dəfə Prezident Mükafatına layiq görülməsindən məmnunluğunu bildirib.

Zemfira Əbdülsəmədovanın yeni nəsil şairlərinin şeirlərini səsləndirdiyini də xatırladan Komitə sədri, onun bədii qiraətçi kimi də sevildiyini söyləyib.

Sənətçini yubileyi və Novruz bayramı münasibətilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edən Q.Paşayeva, ona Komitənin Təbrik Məktubunu və Qarabağ motivli hədiyyələr təqdim edib.
Yubilyar görüşə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.03.2021
Məhkəmə evdən 30 min manat oğurlayan xadimə ilə bağlı qərar çıxardı
24.03.2021
Qarabağda biləyimizi bükə bilməyənlər... - Yalçın
23.03.2021
Nikolun aldığı Su-30-lar niyə havaya qalxmayıb? – Akopyan
23.03.2021
Azərbaycanda qadın özünü maşının önünə atır: DİN araşdırmaya başladı - VİDEO
23.03.2021
Sumqayıtda güclü külək zamanı qadının başına dam örtüyü düşüb