Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7392

Digər sorğular

Bu şəhər MDB-nin 2021-ci ildə mədəniyyət paytaxtı elan edildi

09:41  |    22 Mart 2021  |   E-mail  |  Çapa göndər

Düşənbə şəhərinin Opera və Balet teatrında Tacikistan paytaxtının 2021-ci ildə rəsmən MDB-nin mədəniyyət paytaxtı elan olunması mərasimi keçirilib.

Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Proqramın əvvəlində MDB İcraiyyə Komitəsinin sədr müavini Beketcan Jumanqulov və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov çıxış edərək ətraflı məlumat veriblər. Onlar dövlətlərarası "Birliyin mədəniyyət paytaxtları" proqramının tarixindən bəhs ediblər və Düşənbə şəhərinin rəhbəri Rüstəm Emomaliyə Tacikistanın baş şəhərinin "Birliyin mədəniyyət paytaxtı-2021" sertifikatını təqdim ediblər.

Düşənbənin mədəniyyət paytaxt elan edilməsi münasibətilə Tacikistan paytaxtının nailiyyətləri haqqında qısametrajlı film göstərilib, həmçinin respublika və MDB-yə üzv ölkələrin sənət ustaları tərəfindən hazırlanmış mahnılardan, rəqslərdən ibarət bayram konserti olub.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın Qəbələ (2015-ci il) və Gəncə (2017-ci il) şəhərləri MDB-nin mədəniyyət paytaxtı elan edilib.
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.03.2021
ABŞ koronavirusun müalicəsi üçün dərman istehsalına başlayıb
24.03.2021
12-ci mərtəbədən yıxılan uşaq sağ qaldı - VİDEO
23.03.2021
Vladimir Putin koronavirusa qarşı peyvənd olunub
23.03.2021
Rusiyadan xəbərdarlıq: “Casus ovu“na son qoyun!
23.03.2021
NATO-nun Baş katibi Rusiyanı ittiham etdi - VİDEO