Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7392

Digər sorğular

Peyvənd vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO

22:24  |    21 Mart 2021  |   E-mail  |  Çapa göndər


Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.

Bu barədə Baş nazirin köməkçisi Feysəl Sultan özünün “Twitter” səhifəsində məlumat verib.

O, qeyd edib ki, İmran Xanın COVID-19 testinin cavabı pozitiv çıxıb və Baş nazir özünü təcrid edib.

Xatırladaq ki, martın 18-də Pakistanın hökumət başçısı Çinin “Sinopharm” şirkətinin istehsalı olan koronavirusa qarşı vaksinlə peyvənd olunub.

Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, peyvənd dərhal təsir etmir. Onun orqanizmdə virusa qarşı immunitet yaratması üçün bir neçə həftə lazımdır.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.03.2021
Səlahəddin Dəmirdaşa hökm oxundu
19.03.2021
“Instagram”, “WhatsApp” və “Facebook”un işində problem yaranıb
15.03.2021
Ərini öldürən qadın barədə həbs qərarı verildi
14.03.2021
Qənirə Paşayeva Əməkdar rəssam Tahir Məmmədovla görüşüb
14.03.2021
Bolqar jurnalistin Mariya Zaxarovaya evlənmək təklifi cərimə ilə nəticələnib