Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7392

Digər sorğular

Əsgərimiz Laçında öz kəndinə gedib çıxdı... - Təsirli VİDEO

15:11  |    21 Mart 2021  |   E-mail  |  Çapa göndər


Sosial şəbəkələrdə Azərbaycan əsgərlərindən birinin Laçında öz doğma yurdu olan Kalafalıq kəndinə getməsi ilə bağlı görüntülər yayılıb.

O, videoda kənd barədə danışır.

Musavat.com həmin görüntüləri və kənd haqda məlumatı təqdim edir:

Laçın rayonunun Vağazin inzibati ərazi vahidində yerləşən Kalafalıq kəndi Ərdəşəvə çayının (Şəlvə çayının qolu) sahilində, Qarabağ silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi keçmişdə rayonun ərazisində mövcud olmuş Birinci Cağazur kəndindən çıxmış ailələrin Kalafalıq adlanan yerdə məskunlaşması nəticəsində yaranıb.

Kalafa köhnə kəndin, yaxud mal-qara saxlamaq üçün tikilmiş pəyələrin xarabalığına, quyuya, qazılmış çökək yerə deyilir. Oykonimin tərkibindəki -lıq şəkilçisi çoxluq və məkan anlayışı ifadə edir.

Kalafalıq kəndi Laçın rayonunun ən ucqar kəndi olaraq, şərq tərəfdən Daglıq qarabağın Şuşa rayonu ilə həmsərhəddir. Dağlıq ərazidə yerləşməklə bir neçə təbii sərvətlərlə - civə, uran və minerallarla zəngindir. 1936-cı ildən burada kolxoz yaradılıb və kəndlilər, əsasən, heyvandarlıq və əkinçiliklə məşğul olublar.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.03.2021
Şəhid anası: “Oğlum həmişə deyirdi ki, nə qədər ki biz varıq, o torpaqlar erməniyə qalmayacaq” - FOTO
23.03.2021
“Balasanyanın açıqlaması Azərbaycana 4 istiqamətdə hərəkət imkanı verir” - ŞƏRH
23.03.2021
Belçikada Qarabağ atlarına abidə qoyulub – VİDEO
23.03.2021
Cəbrayılın Qumlaq kəndindən görüntülər - VİDEO
23.03.2021
Zəngilanın Baharlı kəndindən görüntülər - VİDEO