Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7391

Digər sorğular

Şəhid ailələri bayram münasibətilə ziyarət olundu - FOTO

19:58  |    20 Mart 2021  |   E-mail  |  Çapa göndər

Novruz bayramı münasibətilə şəhid, qazi və veteran ailələri ziyarət olunub.

Bu barədə məlumatı Lent.az-a "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Ekspert bildirib ki, hər il şəhid, qazi və veteran ailələri ziyarət olunur. Onun sözlərinə görə, bu ziyarətlər həmin ailələrin problemlərini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir:

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimovun göstərişi ilə xidmətin bütün bölgələrindəki əməkdaşlar hər il bayram münasibətilə şəhid, qazi və müharibə veteranı ailələrini ziyarət edirlər. Bu, artıq 5 ildir ki, bir ənənəyə çevrilib. Hər il Novruz bayramında, Dünya Azərbaycanlılarının Həmrəylik günündə, Qurban və Ramazan bayramlarında şəhid və qazi ailələri, 20 yanvar faciəsində şəhid olanların ailələri ziyarət olunur. Bu zaman onların ailələrinə sovqat aparılır, problemləri dinlənilir. Əgər problem xidmətin imkanları daxilindədirsə, həll olunur. Əks halda ailənin problemi xidmət rəisi tərəfindən aidiyyatı orqanlara bildirilir. Bu bayram ziyarətlərində həmin ailələrin ölkəmiz üçün nə qədər dəyərli olmasını bildirmək, onları təbrik etmək böyük əhəmiyyət daşıyır. Şəhidlərin xidməti heç nə ilə ödənməz. Onlar dövlətimizin ikiqat vətəndaşlarıdır.

Himnimizin sözlərində deyildiyi kimi, "Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu". Şəhidlərimiz də öz canlarından, yaşamaq hüquqlarından keçərək, vətənimizin bütövlüyü uğrunda vuruşdular. Şəhid, veteran və qazi ailələrinin ziyarət olunması, onlara qayğı göstərilməsi çox böyük əhəmiyyətə malikdir. Bu, həm də gənc nəslə şəhidlərimizi unutdurmamaq üçün vacibdir. Ümid edirəm ki, digər dövlət qurumları da bu prosesə qoşulacaq və həmin ailələrin problemlərini həll etmək üçün səy göstərəcəklər".

Emin Həsənli, onu da bildirib ki, Xidmət rəisi başda olmaqla Xidmətin əməkdaşları ilə Vətəndaş Cəmiyyəti üzvləri, KİV baş redaktorları, QHT sədrləri ilə birlikdə şəhid ailələrin ziyarət edirlər: "Bu da dövlət qurumlarının ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı baxımdan çox önəmlidir".
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.03.2021
Mart ayı üzrə bütün pensiya, müavinət və təqaüdlər ödənilib - Nazirlik
16.03.2021
Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb
16.03.2021
Deputat: “Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq” - VİDEO
16.03.2021
Postmüharibə dövrü: çevik sosial dəstək tədbirləri geniş miqyas alır
13.03.2021
3700-ə yaxın şəhid, qazi ailəsi məşğulluq proqramına cəlb olunub