Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7392

Digər sorğular

ABŞ səfiri Azərbaycan xalqını təbrik edib - VİDEO

23:59  |    19 Mart 2021  |   E-mail  |  Çapa göndər


“ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ xalqı adından Azərbaycan xalqına sağlam və xoşbəxt Novruz diləyirəm. 2019-cu ilin mart ayında bütün ölkənin Novruz tətilinə hazırlaşdığı bir dönəmdə mənə Azərbaycana gəlmək qismət oldu”.

Qaziler.az-ın məlumatına görə, bunu Novruz Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer deyib.

“Ölkəyə gəldiyimdə əsl bayram əhval-ruhiyyəsi ilə qarşılaşdım. Şənliyə hazırlaşmış ailələr, göz qamaşdıran rənglər, hər yerdə, həmçinin, səfirlikdə qalanmış tonqallar və dünyada daddığım ən dadlı yeməklərlə tanış oldum.

Bu mənim üçün Azərbaycan mədəniyyəti və cəmiyyətinə həqiqətən xüsusi bir giriş idi. Bakıda olduğum ilk ay ərzində mənə göstərilən qonaqpərvərliyi heç vaxt unutmayacağam. Novruz dünyada yüz milyonlarla insan üçün ailələrin və icmaların bir araya gələrək yeni ilə başlamalarını qeyd etdikləri bir bayramdır. ABŞ-da son zamanlarda Azərbaycandan və bölgədəki digər ölkələrdən gələn immiqrantlar sayəsində Novruz bayramı müxtəlifliyi ilə seçilən mədəni təqvimimizə xoş bir əlavə olub.

COVID-19 bayramları genişmiqyaslı qeyd etməyi çətinləşdirsə də, səmimi qəlbdən ümid edirəm ki, hamınız təhlükəsiz və sağlam bir bayram keçirəcəksiniz. Və gələn il hamımız bayramı birlikdə qeyd edəcəyik”-deyə, səfir videomüraciətində bildirib.

Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.03.2021
BMT-də Azərbaycanın təşəbbüsü ilə COVID-19-la bağlı qətnamə qəbul edilib
23.03.2021
KİV: Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb
23.03.2021
Şoyqu və Arutyunyan telefonla danışıb
23.03.2021
“Ermənistanda Qarabağ ermənilərinə nifrət edirlər“ - Ruben Melikyan
22.03.2021
Ermənistan və Rusiyada haray-həşir salıblar: Türkiyə “Turan ordusu” yaradır